Tehranda Rusiya-İran Hökumətlərarası Komissiyasının iclası keçirilir

Tehranda Rusiya-İran Hökumətlərarası Komissiyasının iclası keçirilir
# 17 iyun 2019 13:47 (UTC +04:00)

Tehran və İsfahan şəhərlərində İran və Rusiya sahibkarları və rəsmilərinin iştirakı ilə Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçirilir.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın energetika naziri Rza Ərdakanian deyib.

O bildirib ki, iclas ötən gün öz işinə başlayıb: “Hazırda Şimali Qafqazın özəl şirkətləri və dövlət təşkilatlarından 60 nəfər bu konfransda iştirak edir. Bazar ertəsi və çərşənbə axşamı konfransa Rusiyadan daha 250 nəfər özəl şirkət və dövlət təşkilatlarının nümayəndələri qatılacaq”.

R.Ərdakanian deyib ki, iclasda İran və Rusiya arasında iclasda müzakirə olunacaq ən önəmli məsələlərdən biri bank sahəsində əməkdaşlıq məsələsidir. Hazırda iki ölkənin Mərkəzi Bankları arasında sıx müzakirələr aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR