İranın Qərbi Azərbaycan əyalətində 3 SEPAH hərbçisi öldürülüb

İranın Qərbi Azərbaycan əyalətində 3 SEPAH hərbçisi öldürülüb
# 09 iyul 2019 22:00 (UTC +04:00)

İranın qərbindəki Qərbi Azərbaycan əyalətində terrorçuların hücumu nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üç hərbi qulluqçusu öldürülüb, daha bir nəfər yaralanıb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun Qərbi Azərbaycan bölgəsi üzrə qüvvələrin komandanı general Həbib Şəhsuvar deyib.

Məlumata görə, hücum İranın Piranşəhr şəhərində baş verib. Bildirilir ki, silahlılar ərazidə patrul xidməti aparan hərbi qulluqçuların olduğu nəqliyyat vasitəsini atəşə tutub.

Hadisə ilə bağlı ətraflı məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR