Kabilin diplomatik korpuslar yerləşən ərazisində baş verən partlayışda 34 nəfər ölüb - YENİLƏNİB

Kabilin diplomatik korpuslar yerləşən ərazisində baş verən partlayışda 34 nəfər ölüb - YENİLƏNİB
# 01 iyul 2019 10:53 (UTC +04:00)

Əfqanıstanın paytaxtı Kabildə bu gün səhər baş verən partlayış nəticəsində 34 nəfər həlak olub.

APA-nın "RİA Novosti"yə istinadən xəbərinə görə, partlayış nəticəsində yaralıların sayı 68-ə çatıb.

Partlayış Kabilin diplomatik korpuslar yerləşən ərazisində baş verib. Ərazidə Əfqanıstan müdafiə nazirliyinin binalarından biri də yerləşir. Bütün yaralılar xəstəxanaya çatdırılıb. Əraziyə təhlükəsizlik qüvvələri cəlb edilib.

Hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

***

Saat 09:36

Əfqanıstanın paytaxtı Kabilin diplomatik korpuslar yerləşən ərazində partlayış olub.

APA-nın "RİA Novosti"yə istinadən xəbərinə görə, Əfqanıstanın Müdafiə Nazirliyi də həmin ərazidə yerləşir.

Partlayış zamanı 20-dən çox şəxs yaralanıb.

Yaralılar xəstəxanaya aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR