Netanyahu: "İran gizli bir nüvə obyektinin ifşa olunduğunu bilib onu məhv etdi"

Netanyahu: "İran gizli bir nüvə obyektinin ifşa olunduğunu bilib onu məhv etdi"
  • Clock-gray 07:54
  • calendar-gray 10 Sentyabr 2019

İsrailin baş naziri Benyamin Netanyahu İsrail tərəfinin xəbəri olandan sonra gizli bir nüvə obyektinin İran tərəfindən məhv edildiyini açıqlayıb.

APA “Interfax” agentliyinə istinadən xəbər verir ki, Netanyahu belə bir açıqlamanı rəsmi Tehrana müraciətində səsləndirib.

“Nə etdiyinizi, bunu nə zaman etdiyinizi və harada etdiyinizi bilirik. Yalan və pozuntularınızı ifşa etməyə davam edəcəyik”, - deyə Netanyahu bildirib. Onun çıxışı İsrail və Qərb mediaları tərəfindən də yayımlanıb.

Netanyahunun sözlərinə görə, obyekt Fars əyalətinin Abad şəhərində yerləşib və iyunun sonundan iyulun sonuna qədər müddətdə məhv edilib: “Həmin yerdə İran nüvə silahını inkişaf etdirmək üçün sınaqlar keçirirdi. İran bizim obyekti ifşa etdiyimizi biləndən sonra məhv etdilər, onu sadəcə məhv etdilər”.

Çıxışı zamanı Netanyahu iddia edilən obyektin məhv edilmədən əvvəlki və sonrakı peyk şəkillərini də göstərib. Baş nazir, həmçinin beynəlxalq ictimaiyyəti ABŞ administrasiyasının Tehrana qarşı sanksiyalarına qoşularaq İrana təzyiq göstərməyə çağırıb.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date