"Taliban" liderinin qardaşı Pakistanda törədilən partlayışda ölüb

"Taliban" liderinin qardaşı Pakistanda törədilən partlayışda ölüb
# 16 avqust 2019 19:59 (UTC +04:00)

“Taliban” hərəkatının lideri Maulavi Haybatulla Axundzadənin qardaşı bu gün Pakistanın Kvetta şəhərində baş verən partlayışda ölüb.

APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, M. H. Axundzadənin qardaşı Hafiz Əhməd Pakistanın Kasım Abad kəndində baş verən partlayışda ölüb.

Qeyd edək ki, bu gün Pakistanın cənub-qərbində Kvetta şəhərindən 25 km məsafədə yerləşən məsciddə terror aktı törədilib. Hadisə nəticəsində 4 nəfər ölüb, 20-dən artıq şəxs yaralanıb. Partlayış nəticəsində məscidin imamı da həlak olub. Şəhər polisi bildirib ki, partlayıcı məscidin imamının oturacağının altına yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR