Pakistanlı diplomat: "Pakistan Kəşmir probleminin sülh yolu ilə həllinə hazırdır"

Pakistanlı diplomat: "Pakistan Kəşmir probleminin sülh yolu ilə həllinə hazırdır"
# 16 avqust 2019 21:57 (UTC +04:00)

Pakistan Cammu və Kəşmir ştatı ilə bağlı ədalətin bərpası üçün bütün lazımi addımları atacaq, ancaq Hindistanla mübahisənin sülh yolu ilə həllinə hazırdır.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bunu Pakistanın BMT-dəki daimi nümayəndəsi Maliha Lodhi mövzu ilə əlaqədar Təhlükəsizlik Şurasının iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

“Təhlükəsizlik Şurasının iclası ilə bağlı istəyimiz Cammu və Kəşmir əyalətinin xalqı adından edilən hərəkətlərdən birincisidir. Ancaq bu, son deyil. Bu, Cammu və Kəşmir ştatının sakinləri üçün ədalətin bərpasından sonra bitəcək. Biz ştat ətrafında gedən mübahisənin sülh yolu ilə nizamlanmasına hazırıq”, - deyə xanım Lodhi bildirib.

Diplomat, həmçinin bu məsələnin Təhlükəsizlik Şurasında müzakirəsini alqışlayıb:

“Bu, problemin beynəlxalq dərəcədə əhəmiyyətinin göstəricisidir. Hindistan üçün bu, “daxili məsələ”dir, ancaq bugünkü müzakirə göstərdi ki, ştatın işğal problemi ümumi məsələdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR