Portuqaliya İran vətəndaşlarına viza verilməsini dayandırıb

Portuqaliya İran vətəndaşlarına viza verilməsini dayandırıb
# 17 iyul 2019 15:36 (UTC +04:00)

Portuqaliyanın Tehrandakı konsulluğu İran vətəndaşlarına viza verilməsini dayandırıb.

APA-nın “Associated Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə Portuqaliyanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Viza verilməsinin dayandırılmasına səbəb kimi, konsulluqda tikinti işlərinin aparılması göstərilib.

Portuqaliya XİN-dən bildirilib ki, tikinti işlərinin aparılmasının məqsədi binada təhlükəsizlik tədbirlərini gücləndirməkdir və bu məsələdə heç bir siyasi motiv yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR