Ərdoğan “WhatsApp”-dan imtina edib

Ərdoğan “WhatsApp”-dan imtina edib
# 10 yanvar 2021 19:11 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “WhatsApp”-dan istifadə etməkdən imtina edib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Buna səbəb “WhatsApp” messencerinin konfidensiallıq siyasətini dəyişməsidir.

Türkiyə Prezidentinin administrasiyası “Turkcell Iletisim Hizmetleri” AS-yə məxsus BiP əlavəsindən istifadə etməyə qərar verib. Türkiyə Prezidentinin mətbuat xidməti jurnalistləri də bu nümunədən istifadə etməyə çağırıb.

Bundan əvvəl ‘WhatsApp” istifadəçilərinin məlumatlarının “Facebook”-la bölüşüləcəyi məlum olub. “WhatsApp”-ın səhmlərinə nəzarət edən “Facebook” belə qərar verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR