Səudiyyə Ərəbistanı XİN: "Əgər İran aqressiv siyasətini davam etdirərsə, bunun əvəzini ödəməli olacaq"

Səudiyyə Ərəbistanı XİN: "Əgər İran aqressiv siyasətini davam etdirərsə, bunun əvəzini ödəməli olacaq"
# 24 iyun 2019 15:41 (UTC +04:00)

“Əgər İran aqressiv siyasətini davam etdirərsə, bunun əvəzini ödəməli olacaq”.

APA-nın "Reuters"-ə istinadən verdiyi xəbərə görə, bu sözləri Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil Əl-Cübeyr Fransanın "Le-Monde" qəzetinə müsahibəsində deyib.

“İran bu gün ağır iqtisadi sanksiyalar altındadır. Əgər İran aqressiv siyasətinə davam edərsə, bunun əvəzini ödəməli olacaq, bu sanksiyalar daha da güclənəcək. Amerikalılar kimi biz də demişik ki, nəyin bahasına olursa olsun, müharibə istəmirik. Gərginliyi yaratmaq seçimini edən iranlılardır”,- deyə Əl-Cübeyr bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR