"Taliban"çılar Mərkəzi Seçki Komissiyasının 9 əməkdaşını və 17 müşahidəçini qaçırıb

"Taliban"çılar Mərkəzi Seçki Komissiyasının 9 əməkdaşını və 17 müşahidəçini qaçırıb
# 30 sentyabr 2019 01:33 (UTC +04:00)

“Taliban” hərəkatının tərəfdarları ölkənin mərkəz hissəsində yerləşən Pərvan əyalətində prezident seçkiləri zamanı Əfqanıstanın Müstəqil Seçki Komissiyasının (Mərkəzi Seçki Komissiyası) bir neçə işçisini qaçırıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Pajhwok” agentliyi məlumat yayıb.

Bildirilir ki, “Taliban”çılar “Müstəqil Seçki Komissiyasının 9 əməkdaşını və Pərvan əyalətindəki seçkilərdə müşahidəçi olan 17 nəfəri qaçırıb”.

Bu barədə mərkəzi və əyalət rəsmiləri tərəfindən hər hansı bir açıqlama verilməyib.\

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR