İran XİN: Fars körfəzinin təhlükəsizliyi region dövlətləri tərəfindən təmin olunmalıdır

İran XİN: Fars körfəzinin təhlükəsizliyi region dövlətləri tərəfindən təmin olunmalıdır
# 29 iyul 2019 15:54 (UTC +04:00)

"Xarici qüvvələrin mövcudluğunu bölgədəki qeyri-sabitliyin və gərginliyin mənbəyi hesab edirik".

APA-nın "Farsnews"-a istinadən verdiyi xəbərə görə, bu sözləri İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Seyid Abbas Musəvi keçirdiyi mətbuat konfransında deyib.

"Region dövlətləri təhlükəsizliyini qorumaq iqtidarındadır və burda transregional dövlətlərin qüvvələrinə ehtiyac yoxdur. Bu cür təkliflər gərginliyi artırır və regional təhlükəsizliyə heç bir töhfə vermir. Əgər regionun və Fars körfəzinin təhlükəsizliyini təmin etmək vacibdirsə, bu, region dövlətlərinin əməkdaşlığı vasitəsilə mümkündür. Transregional dövlətlərə əsası olmayan, qeyri-müəyyən və xəyallara söykənən bu cür koalisiyalara qoşulmağı tövsiyə etmirik ", - deyə XİN sözçüsü bildirib.

Qeyd edək ki, ötən həftə Britaniyanın sabiq xarici işlər naziri Ceremy Hant Avropanın dəniz təhlükəsizlik qüvvələrinin Fars körfəzinə göndərilməsini təklif edib. Fransa, İtalya və Danimarka daxil olmaqla bir sıra Avropa ölkəsi bu təklifə müsbət yanaşıb.

ABŞ da oxşar təkliflə çıxış edərək beynəlxalq koalisiyanın yaradılmasını təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR