Tehranda bələdiyyələrə yardım şurasına seçkilər keçiriləcək

Tehranda bələdiyyələrə yardım şurasına seçkilər keçiriləcək
# 25 iyul 2019 10:06 (UTC +04:00)

Sabah Tehranda bələdiyyələrə yardım şurasına seçkilər keçiriləcək.

APA-nın Tehran bürosunun məlumatına görə, Tehran şəhəri üzrə bələdiyyələrə yardım şura seçkilərinin icraçı katibi Seyid Həmid Tahayi bildirib ki, seçkilər 352 seçki dairəsində keçiriləcək.

Onun sözlərinə görə, seçkilər səhər saat 08:00-da başlayacaq və saat 20:00-a kimi davam edəcək: "Qanuna uyğun olaraq, seçki müddətini 4 saat artırmaq mümkündür”.

H. Tahayi qeyd edib ki, bələdiyyələrə yardım şurası seçkilərinə 12 328 nəfər namizəd qeydiyyatdan keçib: “Onlardan 12 030 nəfərin səlahiyyəti təsdiqlənib. 56 nəfərin səlahiyyəti rədd edilib, digərlərinin isə sənədlərində problem olduğu üçün qeydiyyata alınmayıb”.

Qeyd edək ki, İranda bələdiyyələrə yardım şurası (Şurayari) məhəllələr üzrə qurumlardır, bu qurumlar 2001-ci ildə yaradılıb. Qurumun vəzifəsi İran şəhərlərində bələdiyyələrə yardım üçün əhalinin problemlərinin həlli, xeyriyyə işləri və şəhərdəki problemlərin həlli üçün çalışmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR