Türkiyə Prezidenti: “Əbubəkr əl-Bağdadinin həyat yoldaşını tutmuşuq”

Türkiyə Prezidenti: “Əbubəkr əl-Bağdadinin həyat yoldaşını tutmuşuq”
# 06 noyabr 2019 16:16 (UTC +04:00)

İŞİD terror təşkilatının öldürülmüş lideri Əbubəkr əl-Bağdadinin həyat yoldaşı həbs edilib.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Biz də İŞİD liderinin həyat yoldaşını həbs etmişik. Bu gün bunu ilk dəfə açıqlayıram”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Ərdoğan xatırladıb ki, Əbubəkr əl-Bağdadinin bacısı da həbs olunub.

Xatırladaq ki, oktyabrın 27-də ABŞ Prezidenti Donald Tramp İŞİD terror təşkilatının lideri Əbubəkr əl-Bağdadinin ABŞ hərbçilərinin Suriyanın İdlib vilayətində keçirdiyi əməliyyat zamanı öldürüldüyünü bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR