Ərdoğan Türkiyənin Suriyada apardığı hərəkatla bağlı İranın mövqeyini qınayıb

Ərdoğan Türkiyənin Suriyada apardığı hərəkatla bağlı İranın mövqeyini qınayıb
  • Clock-gray 12:42
  • calendar-gray 22 Oktyabr 2019

“Bizim İranın nüvə proqramı ilə bağlı mövqeyimiz bəllidir. Buna baxmayaraq, təəssüf ki, Suriyanın şimalında apardığımız hərbi əməliyyatlarla bağlı ("Barış bulağı" hərəkatı) İrandan xoş olmayan səslər çıxır”.

APA-nın xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərindən öncə keçirdiyi mətbuat konfransında deyib.

“İran tərəfindən verilən bəzi açıqlamalar narahatlığa səbəb oldu. Bu açıqlamalar İran Prezidenti cənab Həsən Ruhani tərəfindən verilməsə də, gərək o, həmin açıqlamaları verənləri susduraydı. Bu məsələdə İranı ciddi şəkildə qınayıram”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date