Türkiyə XİN: "Həbsdə olan İŞİD üzvləri və düşərgələrdəki ailələri nəzarətimizdədir"

Türkiyə XİN: "Həbsdə olan İŞİD üzvləri və düşərgələrdəki ailələri nəzarətimizdədir"
  • Clock-gray 18:14
  • calendar-gray 12 Oktyabr 2019

“Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti  Donald Trampla danışıqlara uyğun olaraq ”Barış bulağı” hərəkatı çərçivəsində terrorçulardan təmizlənmiş sahələrdəki saxlama mərkəzlərində tutulan İŞİD ünsürləri və onların düşərgələrdə olan ailələri nəzarətimizdədir”.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, Türkiyənin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Hami Aksoy həbs olunan İŞİD-çi və onların ailələrinin taleyi ilə bağlı suala cavablandırarkən bu barədə bildirib.

XİN sözçüsü deyib ki, hazırkı mərhələdə İŞİD üzvlərinin vətəndaşı olduqları ölkələr və beynəlxalq təşkilatlarla birlikdə İŞİD-çi, eləcə də cinayətkarlıqla əlaqəsi olmayan həyat yoldaşları və övladlarının təhlükəsizliyi təmin ediləcək: “Digər tərəfdən, Suriyada saxlanan xarici terrorçu döyüşçülərin və onların ailələrinin mənsub olduqları ölkəyə geri qaytarılması, mühakimə olunması və reabilitasiyası məsələlərinin olduğu bilinməlidir. Türkiyə beynəlxalq cəmiyyətin bu istiqamətdə etdiyi cəhdlərə  hər cür dəstək verməyə hazırdır“.

Sevil Ünal Hilalqızı

Digər xəbərlər

Arxiv

date