Türkiyədə yol qəzasında 2 nəfər ölüb, 20 nəfər yaralanıb

Türkiyədə yol qəzasında 2 nəfər ölüb, 20 nəfər yaralanıb
# 19 noyabr 2019 11:11 (UTC +04:00)

Türkiyədə ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, yol qəzası Afyonkarahisar-Konya magistralında qeydə alınıb.

Sərnişin avtobusu ilə yük avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 20 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR