Vanuatu sahillərində 6 ballıq zəlzələ olub

Vanuatu sahillərində 6 ballıq zəlzələ olub
# 01 iyul 2019 23:21 (UTC +04:00)

Sakit okeanda, Vanuatu sahillərində 6 bal gücündə zəlzələ olub.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri Luqanvill şəhərindən 36 km qərbdə, 113 km dərinlikdə qeydə alınıb.

Zəlzələ nəticəsində dağıntı, tələfat və sunami təhlükəsi barədə məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR