Hindistanın şimal-şərq bölgəsində sərnişin avtobusu çaya düşüb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində ikisi uşaq olmaqla 36 nəfər ölüb.
Karimpur-Malda marşrutu üzrə hərəkət edən avtobusda 56 nəfər olub. İlkin ehtimala görə, qəzaya səbəb qeyri-sabit hava şəraiti olub.
Faktla bağlı araşdırma aparılır.