İranda neft tankeri avtobusla toqquşub, 16 nəfər ölüb

İranda neft tankeri avtobusla toqquşub, 16 nəfər ölüb
# 11 iyul 2018 12:36 (UTC +04:00)

İranın Kürdüstan əyalətində neft tankeri sərnişin avtobusu ilə toqquşub, nəticədə 16 nəfər ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, Sənəndəc terminalında neft tankerinin sərnişin avtobusu ilə toqquşmasının ardınca partlayış baş verib.


Hadisə nəticəsində daha 4 nəfər ağır yaralanıb. Yaralılar Sənəndəc xəstəxanasına yerləşdirilib.


Kürdüstan əyalətində 3 gün matəm elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR