Yaponiyada “Mitoq” qasırğası ilə əlaqədar onlarla aviareys ləğv edilib

Yaponiyada “Mitoq” qasırğası ilə əlaqədar onlarla aviareys ləğv edilib
# 29 sentyabr 2019 15:14 (UTC +04:00)

Güclü “Mitoq” qasırğasının yaxınlaşması ilə əlaqədar aviaşirkətlər bazar ertəsi üçün nəzərdə tutulmuş reysləri ləğv etməyə başlayıblar.

APA-nın NHK telekanalına istinadən verdiyi məlumata görə, artıq 38 aviareysin ləğv edildiyi elan olunub.

Ləğv edilən aivareyslərin sayı qasırğa yaxınlaşdıqca daha da artacaq. “Mitoq” qasırğasının oktyabrın 1-də Okinava da daxil olmaqla, Yaponiyanın qərb sahillərini vuracağı, sonra Koreya yarımadası istiqamətində hərəkət edəcəyi gözlənilir. Daha sonra isə qasırğanın istiqamətini dəyişdirəcəyi və Yaponiyanın Xonsyu adasını vuracağı gözlənilir.

Hazırda qasırğa Okinavadan cənub-qərbdədir. Qasırğanın mərkəzində təzyiq 975 hektopaskal, küləyin sürəti saniyədə 35 metr təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR