Abdullahian: İran Rusiyanın Krımı və Ukraynanın digər 4 regionunu ilhaqını tanımır

Abdullahian: İran Rusiyanın Krımı və Ukraynanın digər 4 regionunu ilhaqını tanımır
# 19 yanvar 2023 16:43 (UTC +04:00)

İran Rusiya ilə əla münasibətlərə baxmayaraq, Krımın və dörd yeni regionun Rusiyaya daxil olmasını tanımır.

APA xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian “TRT World”ə müsahibəsində deyib.

“Rəsmi Tehran beynəlxalq hüquq çərçivəsində ölkələrin suverenliyini və ərazi bütövlüyünü tanıyır. Bu səbəbdən də İran və Rusiya arasında münasibətlərin əla olmasına baxmayaraq, biz Krımın və digər 4 regionun Rusiyaya daxil olmasını tanımırıq”, – XİN rəhbəri qeyd edib.

Qeyd edək ki, Krım 2014-cü ilin martında Ukraynadakı hakimiyyət dəyişikliyindən sonra keçirilən "referendum"dan sonra Rusiyanın ərazisinə daxil edilib.

Xatırladaq ki, “Donetsk və Luqansk Xalq Respublikaları”, Xerson və Zaporojye vilayətləri ötən ilin payızında orada keçirilən “referendumun” nəticələrinə görə, Rusiyanın tərkibinə daxil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR