ABŞ Türkiyəyə "F-16" satışını məhdudlaşdırıb

ABŞ Türkiyəyə "F-16" satışını məhdudlaşdırıb
# 15 iyul 2022 00:48 (UTC +04:00)

ABŞ-da “F-16” təyyarələrinin Türkiyəyə satışını məhdudlaşdıran qanun layihəsi Konqresin Nümayəndələr Palatasında qəbul edilib.

APA xəbər verir ki, bu barədə “Haberler.com” saytı məlumat yayıb.

Yunan və erməni lobbisini dəstəkləyən konqres üzvlərinin təqdim etdiyi "F-16"-ların Türkiyəyə satışını əngəlləyən qanun layihəsi Nümayəndələr Palatasından keçib.

Qanun layihəsinin əleyhinə 244, lehinə isə 179 nəfər səs verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR