Akar Özbəkistanın müdafiə naziri ilə telefonla danışıb

Akar Özbəkistanın müdafiə naziri ilə telefonla danışıb
# 28 mart 2023 19:49 (UTC +04:00)

Türkiyə milli müdafiə naziri Hulusi Akar ilə Özbəkistanın müdafiə naziri general-leytenant Bahadır Kurbanov arasında telefon danışığı olub.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı ikitərəfli, regional müdafiə və təhlükəsizlik və müdafiə sənayesində əməkdaşlıq məsələləri müzakirə edilib.

Akar iki ölkə arasında münasibətlərin “qardaşlıq hüququna əsaslanan strateji tərəfdaşlıq” səviyyəsinə yüksəldiyini, əlaqələrin bütün sahələrdə inkişaf etdirmək və dərinləşdirmək üçün ortaq iradənin olduğunu da vurğulayıb.

Bundan əlavə, türkiyəli nazir həmkarına Türkiyədə baş verən zəlzələ ilə əlaqəli Özbəkistanın göstərdiyi dəstəyə görə təşəkkür edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR