AKP sözçüsü erməni əsilli deputatın qondarma "soyqırımı" ilə bağlı addımını sabotaj adlandırıb

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik

© APA | Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik

# 23 aprel 2022 21:05 (UTC +04:00)

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik Xalqların Demokratik Partiyasından (HDP) olan Türkiyə Böyük Millət Məclisinin deputatı Qaro Paylanın qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı parlamentə təqdim etdiyi qanun layihəsinə sərt reaksiya verib.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə o “Twitter” hesabında paylaşım edib.

Ö. Çelik bunun Türk millətinə qarşı böhtan və əxlaqsız təklif olduğunu qeyd edib.

Onun sözlərinə görə, bu təklif həm də Türkiyə ilə Ermənistan arasında başlayan və Azərbaycanın dəstəklədiyi normallaşma prosesini sabotaj etmək cəhdidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR