Almatıda toqquşmalarda 22 yaşlı İsrail vətəndaşı həlak olub - VİDEO

Almatıda toqquşmalarda 22 yaşlı İsrail vətəndaşı həlak olub - VİDEO
# 08 yanvar 2022 15:34 (UTC +04:00)

Qazaxıstanın Almatı şəhərindəki toqquşmalarda bir İsrail vətəndaşı həlak olub.

APA-nın "Jerusalem Posta"a istinadən verdiyi xəbərə görə, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.

"22 yaşlı Levan Koqeaşvili adlı israilli gənc yanvarın 7-də Qazaxıstanın Almatı şəhərində etiraz aksiyası zamanı öldürülüb", deyə məlumatda bildirilib.

Məlumatda qeyd edilib ki, onun meyitinin dəfn olunması üçün İsrailə təhvil verilməsi ilə bağlı danışıqlar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR