Banqladeşdə yanğında ölənlərin sayı 50-yə çatıb - YENİLƏNİB-2

Banqladeşdə yanğında ölənlərin sayı 50-yə çatıb  - YENİLƏNİB-2
# 05 iyun 2022 20:52 (UTC +04:00)

Başqladeşin Çittaqonq şəhərində baş verən yanğında ölənlərin sayı 50 nəfərə çatıb.

APA “France-24”ə istinadla xəbər verir ki, hadisə nəticəsində azı 300 nədər xəsarət alıb. Onlarla yaralının vəziyyəti ağır olduğu üçün ölü sayının artacağı istisna olunmur. Xilasedicilər həlak olmuş şəxslərin meyitlərinin çıxarılmasının başa çatmadığını bildiriblər.

***

08.25

Banqladeşin cənub-şərqindəki Çittaqonq şəhərində konteyner anbarında baş verən yanğında ən azı 15 nəfər ölüb.

APA TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 170 nəfər yaralanıb.

Yerli yanğınsöndürmə xidmətinin rəhbərinin sözlərinə görə, yanğın yerli vaxtla təxminən 00:00-da başlayıb.

Yanğınsöndürmə işləri zamanı güclü partlayış baş verib.

Yanğının baş vermə səbəbi müəyyənləşdirilir.

Saat 04:16

****

Banqladeşin Çittaqonq şəhərində konteyner anbarında yanğın olub.

APA xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Məlumata görə, yanğın zamanı 4 nəfər ölüb, daha 400 nəfər yaralanıb.

Hadisə zamanı yanğınsöndürmə briqadasının 4 əməkdaşı da yaralanıb.

Yaralıların müalicəsinə şəhərdəki hərbi xəstəxana da dəstək verir.

Hadisənin başvermə səbəbi açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR