Britaniya KİV-i Şimali Koreya liderinin arıqladığını xəbər verib - FOTO

Kim Çen In

© APA | Kim Çen In

# 29 dekabr 2021 23:10 (UTC +04:00)

Əmək Partiyası Mərkəzi Komitəsinin son iclasında çəkilən fotolar göstərir ki, Şimali Koreyanın rəhbəri Kim Çen In hiss ediləcək dərəcədə arıqlayıb.

APA-nın xəbərinə görə, bu qənaətə Böyük Britaniyanın tanınmış media qurumları “Daily Mail” və “Daily Star” gəlib.

Faktı təsdiq etmək üçün nəşrlər Kim Çen Inın ötən il çəkilmiş fotolarını müqayisə ediblər. “Daily Star” yazır ki, KXDR rəhbəri demək olar tanınmaz hala düşüb. O, heç vaxt belə arıq olmayıb.

“Daily Mail”in yazdığına görə Kim Çen In azı 20 kq arıqlayıb. Bu arıqlama onun sağlam həyat tərzinə keçməsi və ya qida çatışmazlığından əziyyət çəkən koreyalılarla həmrəylik naminə arıqlaması ilə izah oluna bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR