Çavuşoğlu: 95 ölkə və 16 beynəlxalq təşkilatdan yardım təklifi almışıq

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 09 fevral 2023 15:50 (UTC +04:00)

“19 ölkədən xilasedicilər bu gün yenə də Türkiyəyə gələcəklər”.

APA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazirin sözlərinə görə, hazırda 56 ölkədən 6500-ə yaxın şəxs axtarış-xilasetmə işlərinə cəlb olunub.

“Bu gün bütün dünyadan dəstək gördük. Beynəlxalq ictimaiyyətə də təşəkkür edirik. 95 ölkə və 16 beynəlxalq təşkilatdan yardım təklifi almışıq. Bir çox ölkə xilasedicilərini, səhra xəstəxanalarını, tibbi personalını ölkəmizə göndərir. 9 fevral etibarilə 56 ölkədən 6479 şəxsi heyət zəlzələ baş verən bölgədə fəaliyyət göstərir”, - o deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR