Çavuşoğlu: “İsraillə iqtisadi əlaqələr çox sıx şəkildə inkişaf edir”

Mövlud Çavuşoğlu

© APA | Mövlud Çavuşoğlu

# 25 may 2022 13:08 (UTC +04:00)

Fərqliliklərimizə baxmayaraq, Türkiyə-İsrail dialoqunun davam etdirilməsi çox faydalı olacaq. Bu, həm də bölgədə sülhün mövcudluğu baxımından da müsbət rol oynayacaq.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İsraildən olan həmkarı ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, daimi sülhün bərqərar olması üçün BMT prinsipləri əsasında iki dövlətin (İsrail və Fələstin) yaradılması problemin yeganə həlli yoludur.

Bundan əlavə, Çavuşoğlu siyasi problemlərə baxmayaraq, İsraillə iqtisadi əlaqələrin çox sıx şəkildə inkişaf etdiyini, ötən il iki ölkə arasında ticarət dövriyyəsinin 8 milyard dolları ötdüyünü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR