Çin lideri: "Dünya qeyri-sabitlik əsrindən keçir"

Si Cinpin

© APA | Si Cinpin

# 19 may 2022 15:58 (UTC +04:00)

"Dünya qeyri-sabitlik və qeyri-müəyyənlik faktorlarının artdığı dəyişiklik əsrindən keçir".

APA TASS-a istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının sədri Si Cinpin deyib.

Çin lideri BRİKS ölkələrini böhran dövründə beynəlxalq münasibətlərin sabitliyinə töhfə verməyə, həmçinin hegemonluq, güc siyasətinə və bloklarası gərginliyə qarşı durmağa çağırıb.

Si Cinpin bildirib ki, bir ölkənin öz təhlükəsizliyinə nail olmaq üçün digər ölkənin təhlükəsizliyini qurban verməsi yalnız yeni ziddiyyətlər və risklər yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR