Çin Qazaxıstanın sabitliyini təhdid edən istənilən qüvvəyə qarşıdır

Si Cinpin, Kasım-Jomart Tokayev

© APA | Si Cinpin, Kasım-Jomart Tokayev

# 07 yanvar 2022 17:34 (UTC +04:00)

Çin qəti şəkildə Qazaxıstanın sabitliyinə zərər verən, ölkənin təhlükəsizliyini təhdid edən və qazax xalqının dinc həyatını sabotaj edən istənilən qüvvəyə qarşıdır.

APA-nın "Xinhua" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə ünvanlanmış şifahi mesajında bildirilib.

“Çin xarici qüvvələrin Qazaxıstanda iğtişaşlar törətmək və “rəngli inqilablar”ı qızışdırmaq cəhdlərini, eləcə də Çin və Qazaxıstan arasında dostluğa xələl gətirmək və iki ölkənin əməkdaşlığını pozmaq cəhdlərini qəti şəkildə rədd edir”, - qeyd olunub.

Si Cinpin onu da vurğulayıb ki, Çin Qazaxıstana lazımi dəstəyi göstərmək və bu ölkənin çətinliklərin öhdəsindən gəlməsi üçün əlindən gələni etməyə hazırdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR