Çin Rusiyanın G20-dən kənarlaşdırılmasına qarşıdır

Rusiya -Çin

© APA | Rusiya -Çin

# 15 noyabr 2022 11:16 (UTC +04:00)

Çin Rusiyanın “Böyük İyirmilik” (G20) formatından kənarlaşdırılmasının əleyhinədir.

APA TASS-a istinadən xəbər verir ki, bunu Çin XİN rəhbəri Van İ İndoneziyanın Bali adasında keçirilən G20 Sammiti çərçivəsində Rusiya XİN rəhbəri Sergey Lavrovla ikitərəfli görüş zamanı deyib.

Tərəflər görüş zamanı qarşılıqlı maraq doğuran məsələləri, həmçinin ikitərəfli əlaqələrin davamlı dinamikasının qorunub saxlanılması üçün əməkdaşlığı müzakirə ediblər.

“Çox şadam ki, siz şəxsən özünüz bu sammitdə iştirak və Rusiyanı təmsil edirsiniz. Çin Rusiyanın həm G20, həm də digər beynəlxalq platformalardakı layiqli rolunu dəstəkləyir və hesab edir ki, heç kim Rusiyanın çox formatlı görüşlərdə iştirak hüququnu əlindən ala bilməz”, – XİN rəhbəri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR