Çin XİN Avstraliya, Britaniya və ABŞ-ı beynəlxalq ictimaiyyətə hörmətsizlikdə ittiham edib

Çin XİN Avstraliya, Britaniya və ABŞ-ı beynəlxalq ictimaiyyətə hörmətsizlikdə ittiham edib
# 14 mart 2023 13:10 (UTC +04:00)

Çinin Xarici İşlər Nazirliyi (XİN) Avstraliya, Böyük Britaniya və ABŞ-ı beynəlxalq ictimaiyyətin narahatlığına hörmətsizlikdə ittiham edib.

APA-nın "Sky News"a istinadən verdiyi xəbərə görə, bu barədə Çin XİN-in sözçüsü Vanq Venbin mətbuat konfransında deyib.

O bildirib ki, üç ölkə beynəlxalq ictimaiyyətin narahatlıqlarını hörmət qoymayaraq "təhlükəli yolda irəliləməyə davam edir".

Qeyd edək ki, bu açıqlama Böyük Britaniya Baş naziri Rişi Sunakın AUKUS tərəfdaşlıq planının növbəti mərhələsini elan etmək üçün San Dieqoda ABŞ Prezidenti Co Bayden və Avstraliyanın Baş naziri Entoni Albanese ilə görüşündən sonra verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR