Çin XİN-i ABŞ-la qarşıdurmadan qorxmadıqlarını açıqlayıb

Çin XİN-i ABŞ-la qarşıdurmadan qorxmadıqlarını açıqlayıb
# 20 dekabr 2021 10:38 (UTC +04:00)

Çin ABŞ-la əməkdaşlığı alqışlayır amma qarşıdurmadan da qorxmur və bu halda sona qədər döyüşəcək.

APA RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Van İ açıqlama verib.

“Çinin mövqeyi aydın və dəyşiməzdir: əgər dialoq varsa, yalnız bərabər, qarşılıqlı faydalı olmalıdır. Əgər rəqabət varsa, müsbət olmalıdır. Qarşıdurmadan biz qorxmuruq və qələbəyə qədər vuruşacayıq”, - deyə açıqlamada deyilir.

Van İ Çinlə ABŞ arasında son illərdəki gərginliyi rəsmi Vaşinqtonun buraxdığı strateji səhvlərlə əlaqəli olduğunu deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR