Çin XİN: Qazaxıstanda baş verənlər bu ölkənin daxili işidir

Vanq Venbin

© APA | Vanq Venbin

# 06 yanvar 2022 13:26 (UTC +04:00)

ÇİN Xarici İşlər Nazirliyi (XİN) Qazaxıstanda baş verənləri bu ölkənin daxili işi adlandırıb.

APA-nın "Global Times"ə istinadən verdiyi xəbərə görə, bunu Çin XİN-in sözçüsü Vanq Venbin deyib.

“Çin və Qazaxıstan dost qonşular və hərtərəfli strateji tərəfdaşlardır. Qazaxıstanda baş verənlər bu ölkənin daxili işidir”, - Vanq Venbin bildirib.

XİN sözçüsü Qazaxıstanda sabitliyin tezliklə bərpa olunacağına ümid etdiyini vurğulayıb.

O deyib ki, Çin Qazaxıstan hökumətinin problemin həlli ilə düzgün şəkildə məşğul ola biləcəyinə inanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR