Çinin Çanşa şəhərində binanın çökməsi nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumata yayıb.
Bildirilir ki, axtarış-xilasetmə işləri tam yekunlaşıb.
Qeyd edək ki, bundan öncə 26 nəfərin öldüyü məlum idi.
Xatırladaq ki, hadisə aprelin 29-da səhər saatlarında baş verib.
Binada mağazalar, iaşə obyektləri, həmçinin kiçik mehmanxana yerləşirdi.
Aprelin 30-da səlahiyyətlilər hadisədən sonra 23 nəfərin dağıntılar altında qaldığını, 40-a yaxın insanın itkin düşdüyünü bildirmişdir.