Çində koronavirusa yoluxmalar artır

Çində koronavirusa yoluxmalar artır
# 10 noyabr 2022 07:40 (UTC +04:00)

Çində Covid-19-un yayılma arealının genişlənməsi müşahidə olunur.

APA-nın xəbərinə görə, bu barədə Çinin Səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb.

Ölkədə son sutkada 9 mindən çox yeni yoluxma aşkar edilib. Bu da ötən həftə ilə müqayisədə təxminən 3 dəfə çoxdur.

Rəsmi məlumata görə ölkədəki 61 500 koronavirus xəstəsinin 85%-i simptomsuz şəxslərdir. Mayın 27-dən sonra koronavirusdan ölüm qeydə alınmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR