Çində mədənin çökməsi nəticəsində 10 nəfər ölüb

Çində mədənin çökməsi nəticəsində 10 nəfər ölüb
# 23 iyul 2022 20:18 (UTC +04:00)

Çinin Qansu əyalətində çökən mədəndə xilasetmə işləri başa çatıb.

APA-nın CCTV-yə istinadla xəbərinə görə, şaxtaçılar mədəndə hərəkət edərkən uçqun baş verib və 17 nəfər yerin altında qalıb.

Xilasedicilər 10 nəfərin cəsədini dağıntılar altından çıxarıb. Qəzadan sağ çıxan 7 nəfərə yerində tibbi yardım göstərilib.

Qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR