Çində restoranda yanğın olub, 17 nəfər ölüb

Çində restoranda yanğın olub, 17 nəfər ölüb
# 28 sentyabr 2022 13:01 (UTC +04:00)

Çinin şimal-şərq hissəsində yerləşən Tsizilin əyalətinin Çançun şəhərindəki yeməkxanada baş verən yanğında 17 nəfər ölüb, 3 nəfər yaralanıb.

APA TASS-a istinadən xəbər verir ki, bu haqda yerli hakimiyyət orqanları tərəfindən məlumat verilib.

Yerli hökumətin yaydığı bəyanatda bildirilir ki, Çançun şəhərindəki yeməkxanada yanğın baş verib.

Yanğın zamanı xəsarət alanlar müalicə olunmaq üçün xəstəxanaya yerləşdirilib. Aidiyyəti qurumlar hadisənin baş vermə səbəbinin araşdırıldığını bildiriblər.

Hacı Cavadov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR