Çində sərnişin təyyarəsi yanıb, onlarla insan xəsarət alıb

Çində sərnişin təyyarəsi yanıb, onlarla insan xəsarət alıb
# 12 may 2022 07:20 (UTC +04:00)

“Tibet Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Çinin cənub-qərbindəki Çunçin şəhərindəki “Çzyanbey” beynəlxalq hava limanında havaya qalxarkən uçuş-enmə zolağından çıxaraq alovlanıb.

APA xəbər verir ki, bu barədə “Sinxua” agentliyi xəbər verib.

Hadisə yerli vaxtla saat təxminən 8:00-da (Bakı vaxtı ilə ilə saat 3:00) baş verib, bütün sərnişinlər dərhal təxliyə edilib.

Təyyarədə 113 sərnişin və 9 ekipaj üzvünün olduğu bildirilir.

Hadisə zamanı 40 nəfər yaralanıb.

Ölənlər barədə məlumat verilmir.

Qəzanın səbəbləri müəyyən edilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR