Çinin müdafiə naziri İrandadır

Çinin müdafiə naziri İrandadır
# 27 aprel 2022 12:39 (UTC +04:00)

Çinin müdafiə naziri İrana səfər edib.

APA-nın Tehran bürosu xəbər verir ki, Çin Xalq Respublikası (ÇXR) Dövlət Şurasının üzvü, Çinin milli müdafiə naziri, general-polkovnik Vey Fenxe bu gün səhər Tehrana səfər edib.

O, səfər çərçivəsində İran rəsmiləri ilə regional, beynəlxalq məsələləri və ikitərəfli əlaqələrin inkişafı haqqında danışıqlar aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR