Dünyanın ən yaşlı qadınının 119 yaşı tamam olur

Keyn Tanaka

© APA | Keyn Tanaka

# 02 yanvar 2022 15:41 (UTC +04:00)

Ginnesin rekordlar kitabı tərəfindən dünyanın ən yaşlı qadını kimi tanınan yapon qadın Keyn Tanaka bu gün 119 yaşını qeyd edir.

APA bildirir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Tanaka Fukuokadakı qocalar evində yaşayır və bəzi məhdudiyyətlərinə görə qohumları ilə görüşmək imkanı çox azdır.

Yapon qadın 2 yanvar 1903-cü ildə anadan olub. Onun əri və böyük oğlu İkinci Dünya Müharibəsi zamanı həlak olub.

Tanaka bütün həyatı boyu müharibədən əvvəl açılmış şirniyyat mağazasında çalışıb. 1970-ci illərdə təqaüdə çıxandan sonra o, bir neçə dəfə ABŞ-a səfər edib. 2005-ci ildən Fukuokada qocalar evində yaşayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR