Əfqanıstanda qızların qəbul imtahanına girməsi qadağan edilib

Əfqanıstanda qızların qəbul imtahanına girməsi qadağan edilib
# 29 yanvar 2023 02:06 (UTC +04:00)

Əfqanıstanın Ali Təhsil Nazirliyi ölkənin özəl universitetlərinə gələn ay qızları qəbul imtahanlarına buraxmamağı tapşırıb.

APA-nın xəbərinə görə, bu barədə Reuters məlumat yayıb.

Nazirlik fevralın sonunda imtahan keçiriləcək universitetlərə müvafiq məktub ünvanlayıb.

Bildirilib ki, qaydalara əməl etməyən universitetlər məsuliyyətə cəlb olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR