Əfqanıstanda XİN yaxınlığında partlayışda 21 nəfər ölüb, 25 nəfər yaralanıb - YENİLƏNİB-1

Partlayış

© APA | Partlayış

# 11 yanvar 2023 19:19 (UTC +04:00)

Əfqanıstanda baş verən partlayış zamanı ölənlərin sayı 21-ə çatıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Hash-e Subh qəzeti məlumat yayıb.

Yaralıların sayının isə 25 nəfər olduğu vurğulanıb.
***

16:35

Əfqanıstanda baş verən partlayışda ən azı 7 nəfər ölüb.

APA “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər xəsarət alıb.

***

16:14

Əfqanıstanda partlayış baş verib, ölən və yaralananlar var.

APA xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı yerli hakimiyyətdə olan mənbələrinə istinadən məlumat yayıb.

Taliban hərəkatının nümayəndələri terrorçu-kamikadzenin paytaxt Kabilin mərkəzində yerləşən Xarici İşlər Nazirliyinin binasına daxil olmağa cəhd edən zaman özünü partladığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR