Ərdoğan: Başda Azərbaycan olmaqla TDT-yə üzv dövlətlər Türkiyəyə dəstək verdilər

Ərdoğan: Başda Azərbaycan olmaqla TDT-yə üzv dövlətlər Türkiyəyə dəstək verdilər
# 22 mart 2023 23:42 (UTC +04:00)

Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan qardaş ölkələrin zəlzələ fəsadlarının aradan qaldırılmasında dəstəyini gördük.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NTV və STAR TV-nin birgə yayınmındakı müsahibəsində bildirib.

O qeyd edib ki, TDT-yə üzv ölkələr bütün gücü ilə Türkiyəyə dəstək göstərdi:

“Biz TDT ilə artıq bir bədən üzvləri kimi olmuşuq. TDT-nin Fövqəladə Zirvəsini də Ankarada keçirdik və Mülki Müdafiə Mexanizminin yaradılmasına dair qərar aldıq. Başda Azərbaycan olmaqla, Qırğızıstan, Qazaxıstan, Türkmənistan buraya gələrək aparılan işləri izlədilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR