Ərdoğan İstanbulda BƏƏ prezidenti ilə görüşüb

Ərdoğan İstanbulda BƏƏ prezidenti ilə görüşüb
# 10 iyun 2023 23:19 (UTC +04:00)

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.

APA xəbər verir ki, görüş İstanbulun Atatürk hava limanında baş tutub.

Ərdoğan və Məhəmməd bin Zayed Əl Nəhyan Türkiyənin ilk yerli milli avtomobili Togg-a da baxış keçiriblər.

Daha sonra prezident Ərdoğan və Məhəmməd bin Zayed Əl Nəhyan Atatürk Hava Limanının qonaq evində təkbətək görüş keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR