Ərdoğan seçki öncəsi verdiyi bütün vəddlərin icra ediləcəyini vurğulayıb

Ərdoğan seçki öncəsi verdiyi bütün vəddlərin icra ediləcəyini vurğulayıb
# 06 iyun 2023 21:31 (UTC +04:00)

Türkiyə ölkədə yaşayan suriyalı miqrantların vətənlərinə könüllü və təhlükəsiz şəkildə dönmələrini təmin etməkdə qərarlıdır.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin yeni tərkibdə keçirilən iclasından sona vətəndaşlara müraciətində bildirib.

O qeyd edib ki, ölkəsi terrorla mübarizəni davam etdirəcək.

Bundan əlavə, Ərdoğan seçki öncəsi verdiyi bütün vəddlərin də icra ediləcəyini vurğulayıb:

“Millətimizə verdiyimiz sözləri yerinə yetirməyə çalışdıq. Bizim əsas gücümüz millətimizdə inam yaratmaqdır. Yeni dönəmimizdə xalqımıza verdiyimiz bütün vədlərə əməl edəcəyik. Yeni Konstitusiya layihəsini parlamentə təqdim edəcəyik. “Türk Əsri”ni sabitlik və inamla quracağıq. Zəlzələ bölgəsindəki şəhərlərimizi əvvəlkindən daha canlı hala gətirəcəyik. İnvestisiya, ixracat, məşğulluq və böyüməkdə qərarlı olacağıq. İnflyasiya problemini və yüksək qiymətləri ölkəmizin gündəmindən çıxarmaqda da qərarlıyıq. Əvvəllər inflyasiyanı təkrəqəmli etdiyimiz kimi eynisini bacaracağıq.”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR