Ərdoğan Türkiyənin üzləşdiyi problemlərdən danışıb, gözləntilərini açıqlayıb

Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti

© APA | Rəcəb Tayyib Ərdoğan, Türkiyə Prezidenti

# 31 dekabr 2021 11:43 (UTC +04:00)

“2021-ci il bir çox ölkələr kimi Türkiyə də iqlim dəyişikliyinin təsirindən təbii fəlakətlər, müxtəlif ölkələrdəki qeyri-sabitliklər üzündən yaranan gərginliklər, miqrasiya dalğasının acı nəticələri kimi problemlərlə üzləşib”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yeni illə bağlı xalqa müraciətində bildirib.
R. T. Ərdoğan deyib ki, Suriya və Əfqanıstan başda olmaqla regionlarındakı böhran və pandemiyanın təsirləri kimi problemləri yaşadıq. Pandemiya həm də inkişaf etmiş ölkələrin dünyada yaranan böhranı qarşılayacaq gücdə olmadığını göstərdi. Türkiyə isə bu qlobal mənzərə içərisində iqtisadı və təhlükəsizlik böhranını uğurla dəf edən ölkə ola bildi. Arxada qoyduğumuz hər əngəl bizi daha böyük Türkiyəyə yaxınlaşdırmaqdadır”.
R.T.Ərdoğan bildirib ki, verilən mücadilənin, çəkilən əziyyətlərin müsbət nəticələrini yaşayacaqları bir dönəmə qədəm qoyurlar: “Yeni ilin xalqıma və bütün insanlığa hüzur və xoşbəxtlik gətirməsini diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR