Ərdoğanın İrana səfər tarixi dəqiqləşməyib

Rəcəb Tayyib Ərdoğan

© APA | Rəcəb Tayyib Ərdoğan

# 25 aprel 2022 13:14 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfərinin vaxtı hələ dəqiqləşdirilməyib.

APA-nın Tehran bürosu xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü (XİN) Səid Xətibzadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyə Prezidentinin Tehran səfərinin vaxtının dəqiqləşməsi üçün hazırlıq iclasları keçirilməli və səfərin vaxtı tənzimlənməlidir: “Bu istiqamətdə işlər davam etdirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR