Filippində daşqın nəticəsində 35 nəfər ölüb

Filippində daşqın nəticəsində 35 nəfər ölüb
# 22 yanvar 2023 06:59 (UTC +04:00)

Filippində daşqın nəticəsində ölənlərin sayı 35-ə çatıb.

APA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Hadisə nəticəsində 7 nəfər itkin düşüb.

Respublikanın 14 rayonunda 1 milyon 930 mindən çox insan əlverişsiz hava şəraitinin təsirinə məruz qalıb.

Hesablamalara görə, 358 təxliyyə məntəqəsində 121 min 900 insan var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR